• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində professor-müəllimlərin sayı azalıb

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində professor-müəllimlərin sayı azalıb
28.08.2026 13:59

 Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əsas heyətdə çalışan professor-müəllimlərin sayı 2025/2026-cı tədris ilində əvvəlki illə müqayisədə 22 nəfər və ya 0.3% azalaraq 6,352 nəfərə düşüb. Bu barədə Dövlət Statstika Komitəsindən bildirilib. 


2024/2025-ci tədris ilində orta ixtisas təhsili müəssisələrində 6,374 professor-müəllim çalışıb. 

Elmi dərəcəsi olan müəllimlərin sayında da azalma qeydə alınıb. Elmlər doktorlarının sayı 11-dən 9-a, fəlsəfə doktorlarının sayı isə 105-dən 104-ə düşüb. Beləliklə, elmi dərəcəsi olan müəllimlərin ümumi sayı 116-dan 113-ə enib.

Elmi adı olan professorların sayı dəyişməyərək 10 nəfər qalıb, dosentlərin sayı isə 33-dən 31-ə düşüb.

Bu göstəricilər əsasında 2025/2026-cı tədris ilində orta ixtisas təhsili müəssisələrində çalışan professor-müəllimlərin cəmi 1.8%-nin elmi dərəcəsi olub.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol