• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
29.05.2020 03:29

Azərbaycanda telefon satışı ilə məşğul olan mağazalarda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər.

ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hazırda uşaqlar telefonları vasitəsilə də internetə daxil ola bilirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib.

Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edilmiş təklifdə qeyd edilib ki, ölkəyə gətirilən telefonlar qeydiyyatdan keçirilən zaman ona idxalçı şirkət tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar yazılsın. Bu halda artıq həmin telefonlar mağazalara paylandıqda onlarda xüsusi proqramlar olacaq. Uşağı üçün telefon almaq istəyən valideynlər də mağazalardan istifadəsi təhlükəsiz olan həmin telefonları ala bilərlər.

Komitə hesab edir ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək üçün təkliflər hazırlayıb. Artıq həmin təkliflər RİTN-ə təqdim edilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol