Füzulidə 12 yaşlı uşaq atdan yıxılaraq ölüb

Füzuli rayonunda 12 yaşlı uşaq atdan yıxılıb.
"Report" xəbər verir ki, avqustun 15-i Qarğabazar kənd sakini, 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş R.Namazov avqustun 28-i orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























