• $
  • €
  • ₽
  • ₺
  • £

Pediatrların sayı azalır, uşaq poliklinikaları bağlanır - statistika

Pediatrların sayı azalır, uşaq poliklinikaları bağlanır - statistika
31.08.2026 12:18

Azərbaycanda pediatrların sayı 2026-cı ilin əvvəlinə 3 274 nəfər təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 10,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin son təqdim edilən hesabatında qeyd olunub. 

2025-ci ilin əvvəlində ölkədə 3 670 pediatr fəaliyyət göstərib. Beləliklə, bir il ərzində onların sayı 396 nəfər azalıb.

Hər 10 min 18 yaşadək uşağa düşən pediatrların sayı da 14-dən 13-ə enib.

Eyni dövrdə xəstə uşaqlar üçün xəstəxana çarpayılarının sayı 4 635-dən 4 526-ya düşüb. Bu, 109 çarpayı və ya 2,4% azalma deməkdir. 


Uşaq sanatoriyalarının sayı 11 olaraq qalıb, lakin sanatoriyalardakı çarpayıların sayı 820-dən 965-ə yüksəlib - artım 17,7% təşkil edib. Sanatoriyalarda müalicə alan uşaqların sayı isə 2 948 nəfərdən 3 018 nəfərə və ya 2,4% artıb.

Statistikaya görə, qadın məsləhətxanalarının və qadın məsləhətxanası olan müəssisələrin sayı 106-dan 97-yə, yəni 8,5% azalıb.

Uşaq poliklinikaları, ambulatoriyalar və tərkibində uşaq şöbəsi olan müəssisələrin sayı daha kəskin - 230-dan 192-yə düşüb. Bu, bir il ərzində 38 müəssisə və ya 16,5% azalma deməkdir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol