• $
  • €
  • ₽
  • ₺
  • £

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
31.08.2026 20:23

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

FHN-in məlumatına görə, ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.

Nazirlik intensiv yağıntılar zamanı bəzi çaylarda mümkün sel və daşqınlardan, eləcə də subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

FHN təhlükə yarandıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və xilasedicilərin çağırış və tövsiyələrinə əməl etməyi bildirib.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, habelə hündür ağaclardan uzaq durmaq tövsiyə olunub.

Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmamaq çağırışı edilib.

FHN həmçinin ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durmağı tövsiyə edib. Açıq havada hündür ağacların altında daldalanmaqdan çəkinmək, avtomobildə olarkən isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq məsləhət görülüb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol