• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans keçiriləcək

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans keçiriləcək
31.08.2026 19:00

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans oktyabrın 7-10-da Azərbaycanda keçiriləcək.Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, builki konfrans "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsi" mövzusuna həsr olunacaq.

Konfransda əsas diqqət tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsinə yönəldiləcək.

Bildirilib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.

Bu çərçivədə itkin düşmüş şəxslər, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə məlumatların təqdim edilməsi, həmçinin münaqişə tərəflərinin itkin şəxslərin axtarışı, aşkarlanması və identifikasiyası üzrə birgə humanitar fəaliyyət imkanları müzakirə olunacaq.

Konfransın məqsədinin müzakirələrlə məhdudlaşmayaraq, etimad və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin edilməsinə, məlumat mübadiləsinin asanlaşdırılmasına, müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanlardan istifadənin genişləndirilməsinə xidmət edən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə vermək olduğu qeyd edilib.

Tədbirdə dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, itkin düşmüş şəxslərin ailələri və digər tərəflər iştirak edərək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol