• $
  • €
  • ₽
  • ₺
  • £

Xətai uşaqlarda xəstəliklərin sayına görə Bakıda ilk yerdədir - siyahı

Xətai uşaqlarda xəstəliklərin sayına görə Bakıda ilk yerdədir - siyahı
01.09.2026 10:31

Xətai rayonu 2025-ci ildə 18 yaşadək uşaqlar arasında ilk dəfə diaqnoz qoyularaq qeydə alınan bütün xəstəliklərin sayına görə Bakı rayonları arasında ilk yeri tutub. Rayonda bu kateqoriya üzrə 59 267 xəstəlik halı qeydə alınıb. Bu barədə Dövlət Statstika Komitəsinin açıqladığı hesabatda qeyd olunub. 

İkinci yerdə 43 358 hal ilə Sabunçu, üçüncü yerdə isə 37 340 hal ilə Binəqədi rayonu qərarlaşıb.

Ümumilikdə, 2025-ci ildə Azərbaycanda 18 yaşadək uşaqlar arasında ilk dəfə diaqnoz qoyulmuş 798 931 xəstəlik halı qeydə alınıb. Bunun 311 461-i Bakı şəhərinin payına düşüb.

İnfeksion və parazitar xəstəliklər üzrə Xətai 4 700 hal ilə birinci olub. Suraxanıda 4 365, Yasamalda isə 3 994 belə hal qeydə alınıb.

Yeni törəmələr üzrə ən yüksək göstərici Binəqədidə - 99 hal olub. Suraxanıda 43, Xəzərdə isə 40 hal qeydə alınıb.

Qan və qanyaradıcı orqanların xəstəlikləri üzrə Sabunçu 1 478 hal ilə ilk sırada qərarlaşıb. Bu göstərici Binəqədidə 1 217, Suraxanıda isə 1 041 olub.

Endokrin sistem, qidalanma və maddələr mübadiləsi xəstəlikləri üzrə isə Yasamal rayonu 1 648 hal ilə birinci olub. Xətaidə 1 088, Binəqədidə 816 belə xəstəlik halı qeydə alınıb.

Bakıda 2025-ci ildə uşaqlar arasında ümumilikdə 28 088 infeksion və parazitar xəstəlik, 306 yeni törəmə, 7 986 qan və qanyaradıcı orqan xəstəliyi, 5 752 endokrin sistem, qidalanma və maddələr mübadiləsi xəstəliyi ilk dəfə qeydə alınıb.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol