• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda balıq ovu və məhsul dövriyyəsinə elektron nəzarət sistemi tətbiq ediləcək

Azərbaycanda balıq ovu və məhsul dövriyyəsinə elektron nəzarət sistemi tətbiq ediləcək
01.09.2026 12:42

Azərbaycanda balıq ovu kvotaları və ovlanan məhsullar barədə məlumatların elektron sistemdə qeydiyyatı nəzərdə tutulur. Bunu  “Balıqçılıq və Akvakultura Mərkəzi” nin direktoru Ceyhun Əliyev bildirib.

Onun sözlərinə görə, yeni “Balıqçılıq haqqında” qanun çərçivəsində sahənin elektronlaşdırılması və qanunsuz ovlanmış balıqların ticarət dövriyyəsinə buraxılmasının qarşısının alınması üçün yeni nəzarət mexanizmləri tətbiq ediləcək.

“Qanunda qanunsuz ovlanmış balıqların ticarət dövriyyəsinə buraxılmasının qadağan olunması ilə bağlı müddəalar var”, - Əliyev mətbuat konfransında deyib.

O bildirib ki, kvotalar müəyyən edildikdən sonra balıq ovu qaydalarında dəyişikliklər ediləcək.

Balıqçılar ovladıqları məhsul, akvakultura təsərrüfatları isə istehsal etdikləri məhsul barədə bəyannamələri elektron portal vasitəsilə təqdim edəcəklər.

Əliyevin sözlərinə görə, sistemdə məhsulun növü, partiyası və ölçüsü barədə məlumatlar qeydə alınacaq və məhsul ticarət dövriyyəsinə buraxılarkən bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemindən digər dövlət qurumlarının, o cümlədən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumların informasiya sistemlərinə inteqrasiya ediləcək.

Yeni mexanizmin qanunsuz balıq ovunun və belə məhsulların satışının izlənməsinə imkan verəcəyi nəzərdə tutulur.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol