• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda yeni gənclər klubu yaradıldı - "Nərdivan"

Sumqayıtda yeni gənclər klubu yaradıldı - "Nərdivan"
26.11.2013 16:25

Bu barədə məlumatı ANN.AZ-a klubun təsisçilərindən biri Aygül Qurbanova verib.

Yeni yaranan klubun adı "Nərdivan" Gənclər Klubudur. Aygül Qurbanova klubun yaradılmasının məqsədini belə izah edib: "Azərbaycanın üçüncü böyük şəhəri olan, sənaye, təhsil və ölkənin bir çox sahələrinə öz töhfələrini verən Sumqayıt şəhərində gənclərin sıx birləşməsi, eyni zamanda maarfçilik, mədəni-ictimai fəaliyyətlərinin inkişaf etdirilməsi üçün belə bir klubun yaradılmasını istədik. Məqsədimiz odur ki, hər cür irqi, ideoloji, siyasi ayrı-seçkilikdən uzaq olan, daha çox maarifpərvər, intellektual, öz hüquq və azadlıqlarını bilən işıqlı Sumqayıt gənclərini bir araya toplaya bilək. Eyni zamanda həyata keçirəcəyimiz tədbirlər, reallaşdıracağımız layihələr Sumqayıt gəncinin ölkə və dünya səviyyəsində tanınmasına, eləcə də onların beyninin, düşüncəsinin, bacarıq və əzminin gücü ilə daha da irəli getməsinə xidmət etməlidir. İnanırıq ki, hər cür zor və iğtişaşdan uzaq olacaq  fəaliyyətimizlə elmin, düşüncənin aydınlatdığı daha işıqlı sabahlara çıxacayıq. Biz gənclər düşünürük ki, Azərbaycan gənci və onun simasında Sumqayıt gənci fəaliyyətsiz qalmamalıdır, dövlətin ayırdığı resurslardan əlavə özünün mənəvi və zehni boşluğunu doldurmağa çalışmalıdır. Biz qəliz və anlanılması çətin heç nə demirik, düşünməyi və düşüncə ilə hərəkət etməyi təklif edirik. Bir gəncin edə biləcəyi ən önəmli iki şey bunlardır".

Təsisçi əlavə edib ki, klubun əsas məqsədi, yaranan bu klubu elmin və intellektin zəmin olduğu fəaliyyətlərilə irəliyə aparmaq, gənclik adının ölkə və dünya səviyyəsində imicini müsbət anlamda dəyişməkdir: "Bizlər bu şəhərin düşünən, gənc və təmiz beyinləriyik. Ciddi və məqsədyönlü fəaliyyətimizlə Sumqayıtın gənclər şəhəri olduğunu bir daha sübut edə bilərik. Bizlər Sumqayıtın yetişən və yetişməkdə olan gəncliyinə səslənirik, ağlına, bacarığına, intellektinə, kitaba və maarifə sevgisinə güvənən hər bir gənc sıralarımıza qatıla bilər. Əmin olun ki, edəcəyimiz layihlər sizin bu yolda daha da inamla irəliləməyinizə xidmət edəcəkdir. Elmin və maarifin gücü sizi eynən bir nərdivan kimi istədiyiniz zirvələrə qaldırmağa yetəcək, yetər ki, buna öz istəyiniz olsun".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol