• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova məhkəmədən vaxt istədi

Gülər Əhmədova məhkəmədən vaxt istədi
26.11.2013 16:18
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxışını davam etdirib. Əfsər Talıbov bildirib ki, Gülər Əhmədovanın əməlində cinayət tərkibi yoxdur. Vəkil xahiş edib ki, cinayət işinə xitam verilsin və G. Əhmədova barəsində bəraət hökmü çıxarılsın. Daha sonra son söz demək üçün söz G. Əhmədovaya verilib. Təqsirləndirilən şəxs çıxışa hazır olmadığını bildirib: “Məhkəmə prosesləri tez-tez təyin olunur. Mən özümü yaxşı hiss etmirəm. Təcridxanada isə yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib, gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Həmçinin prosesdə vəkilimin yanında oturmağıma icazə vermənizi xahiş edidrəm. Bu, iztirablardan bir qədər azad olmağıma kömək edər”. G. Əhmədova məhkəmədən çıxış üçün vaxt istəyib. Hakim isə deyib ki, həkim məsələsi məhkəmənin səlahiyyətində deyil. Məhkəmə G. Əhmədovaya çıxış üçün vaxt verib. Proses dekabrın 2-də davam etdiriləcək.      Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol