Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Sentyabrın 2-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi və Stansiya Qala yaşayış ərazisində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, fasilə "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar yaranacaq.
Qaz təchizatı saat 09:00-dan işlər yekunlaşanadək dayandırılacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























