• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib

Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib
01.09.2026 18:11

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Baş Prokurorluğa müraciət edib.Bu barədə Dövlət Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, azyaşlının səhhətində və davranışında mənfi dəyişikliklərin müşahidə edilməsi, həmçinin tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar nəzarətə götürülüb.

Bildirilib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub və onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.

"Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb", - məlumatda deyilir.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır.

Komitə qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görüləcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol