• $
  • €
  • ₽
  • ₺
  • £

Goranboyda sursat anbarında partlayış baş verib - birgə məlumat

Goranboyda sursat anbarında partlayış baş verib - birgə məlumat
02.09.2026 08:33

Goranboy rayonunda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib, hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirliklərinin çərşənbə günü yaydığı birgə məlumatda bildirilib.


Məlumata görə, partlayış sentyabrın 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş verib.


Hadisədən sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin qüvvələri Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə təxirəsalınmaz tədbirlər görüb və vəziyyət nəzarət altına alınıb.


Təhlükəsizlik məqsədilə ərazinin yaxınlığında olan insanlar təxliyə edilib.


Rəsmi qurumlar partlayışın səbəbi və sursat anbarına dəymiş ziyanın həcmi barədə məlumat verməyib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol