• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gənclər üçün "online fikir bankı" yaradılır

Azərbaycanlı gənclər üçün "online fikir bankı" yaradılır
26.11.2013 15:55

Bundan sonra gənclər yeni ideyalarını online fikir bankında yerləşdirə biləcəklər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni imkanların yaradılması istiqamətində gənclər tərəfindən irəli sürülən fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verir. 

Nazirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlumta görə, gənclər www.fikirbanki.az saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. 

Online fikir bankında aşağıdakı bölmələr fəaliyyət göstərir:

-Sosial Xidmətlər

-İqtisadiyyat

-Təhsil

-Əyləncə

-Media

-Rabitə və Telekommunikasiya

-Tibb və Sağlamlıq 

-Ətraf Mühit

-Nəqliyyat 

-Milli-Mədəni Irs 

-Turizm

-Mədəniyyət

Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb ki, burada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Online fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, "Online fikir bankı" layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol