• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən plastik cərrah olmayanlarla bağlı açıqlama

Nazirdən plastik cərrah olmayanlarla bağlı açıqlama
02.09.2026 15:07

Səhiyyə Nazirliyi plastik cərrahlar siyahısına daxil olmayan, lakin estetik-plastik əməliyyatlar həyata keçirən digər ixtisaslı cərrahların fəaliyyətini izləyir. Bunu səhiyyə naziri Teymur Musayev anews.az- açıqlamasında deyib.

“Biz onları izləyirik və həmin müəssisələrdə lazım olan tədbirləri görməyə çalışırıq”, - nazir bildirib.


Azərbaycanda plastik cərrahların fəaliyyətinin yoxlanılmasına 2025-ci ilin əvvəlində vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər və bəzi mütəxəssislərin tibbi təhsil və fəaliyyət sənədlərinin saxtalaşdırılması ilə bağlı şübhələr fonunda başlanılıb. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.


Yoxlamaların nəticəsində 2025-ci ilin aprelində Azərbaycanda plastik, rekonstruktiv və estetik cərrahiyyə ilə məşğul olmasına icazə verilən 42 həkimin siyahısı açıqlanıb. 2026-cı ilin fevralında siyahıya daha üç həkim - Rauf Əşrəfov, Aytac Ağayeva və Nərmin Babazadə əlavə edilib və fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 45-ə çatıb.

Səhiyyə naziri Teymur Musayev fevralda bildirmişdi ki, siyahı gələcəkdə də genişlənə bilər, çünki plastik cərrahiyyə üzrə rezidenturanı bitirən və xaricdə müvafiq təhsil alaraq Azərbaycana qayıdan həkimlər siyahıya əlavə oluna bilərlər.

Nazirlik eyni zamanda ümumi cərrah, üz-çənə cərrahı və otorinolarinqoloq kimi digər cərrahi ixtisas sahiblərinin öz təhsil proqramları çərçivəsində hansı plastik və rekonstruktiv əməliyyatları həyata keçirə biləcəyini ayrıca müəyyənləşdirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol