• $
  • €
  • ₽
  • ₺
  • £

Rəhman Hacıyev: Mina probleminin aktuallığı müharibələr bitdikdən sonra da davam edir

Rəhman Hacıyev: Mina probleminin aktuallığı müharibələr bitdikdən sonra da davam edir
02.09.2026 18:18

Qarabağ Dirçəliş Fondunun sifarişi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə beynəlxalq mina probleminə həsr olunmuş film hazırlanıb.


Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.


Onun sözlərinə görə, filmdə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işləri və mina qurbanlarının taleyi ilə yanaşı, problemin qlobal miqyası da əks etdirilib.


“Filmdə Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Laos və Kolumbiyada mina problemi və bu sahədə mövcud çağırışlar barədə məlumatlar yer alıb. Eyni zamanda dünyada bu istiqamətdə görülən işlər təhlil olunur”, – Hacıyev deyib.


O bildirib ki, mina təhlükəsi müharibələr başa çatdıqdan sonra da uzun müddət davam edir.
“Əsgərlər döyüş meydanını tərk etdikdən sonra belə minalar insanları öldürməyə və yaralamağa davam edir. Buna görə də bu mövzunun aktuallığı illər boyu itməyəcək”, – Hacıyev bildirib.


Onun sözlərinə görə, film beynəlxalq komanda ilə birlikdə hazırlanıb və məqsəd Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işləri, eləcə də ölkənin və dünyanın üzləşdiyi çağırışları beynəlxalq auditoriyaya təqdim etməkdir.


Filmin qapalı nümayişinin IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol