• $
  • €
  • ₽
  • ₺
  • £

AKİ: Afaq Yusiflinin təhsil haqqı ilə bağlı problem müvəqqətidir

AKİ: Afaq Yusiflinin təhsil haqqı ilə bağlı problem müvəqqətidir
03.09.2026 14:25

 

Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ texniki xarakter daşıyır və müvəqqətidir. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) açıqlama yayıb. 

İttifaqın məlumatına görə, məsələ sentyabrın 11-də keçiriləcək AKİ-nin seçki konfransından sonra həllini tapacaq.

“AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ-nin dəstək olmayacağı ilə bağlı yayılmış fikirlər əsassızdır”, -  məlumatda bildirilib.

Rejissor Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunub.

Yusiflinin sosial şəbəkədə paylaşdığı məlumata görə, təhsilinin birinci semestrinin ödənişini Mədəniyyət Nazirliyi, üçüncü semestrin ödənişini isə aidiyyəti üzrə universitetə həyata keçirib.

İkinci semestr üçün nəzərdə tutulan 25 500 manat isə AKİ-nin hesabına köçürülüb. Lakin həmin dövrdə İttifaqın sədri, Xalq artisti Rasim Balayev vəfat etdiyi üçün sədrin imzası olmadan vəsaitin universitetin hesabına köçürülməsinin mümkün olmadığı bildirilib.

Hazırda ikinci semestr üzrə ödəniş universitetə köçürülmədiyindən Afaq Yusiflinin ali təhsil müəssisəsindən bir neçə dəfə xəbərdarlıq aldığı və təhsilini davam etdirməklə bağlı risklə üzləşdiyi bildirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol