• $
  • €
  • ₽
  • ₺
  • £

IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb
03.09.2026 17:31

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən iki günlük konfransda humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafı, eləcə də təcrübə mübadiləsi müzakirə olunub.

Tədbir Azərbaycanın humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin təqdim edilməsi üçün də platforma olub.

Konfransın ilk günündə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Hacıyev mina probleminin bərpa prosesinə təsiri və humanitar minatəmizləmənin bu prosesdəki rolunun müzakirə edilməsi məqsədilə bir araya gələn iştirakçılara təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov builki konfransın mövzusunun Azərbaycanın təcrübəsini birbaşa əks etdirdiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi adından çıxış edən Hayat Nasar isə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uzun müddətdir BMT, Azərbaycan hökuməti və ANAMA arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Konfrans çərçivəsində bir sıra panel sessiyaları keçirilib, sual-cavab formatında müzakirələr aparılıb.

Tədbirin ikinci günü də panel sessiyaları ilə davam edib. Sonda yekun bəyanat qəbul olunub və konfrans işini başa vurub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol