• $
  • €
  • ₽
  • ₺
  • £

PISA nəticələrini açıqlandıqdan sonra təhlil edəcəyik - Elnur Əliyev

PISA nəticələrini açıqlandıqdan sonra təhlil edəcəyik - Elnur Əliyev
04.09.2026 11:29

Azərbaycan PISA beynəlxalq qiymətləndirməsinin növbəti nəticələri sentyabrın 8-də açıqlanandan sonra şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ətraflı təhlil edəcək. Bunu Təhsil İnstitutunun müvəqqəti direktoru Elnur Əliyev bildirib.

Əliyevin sözlərinə görə, əsas göstəricilərdən biri müxtəlif bacarıq səviyyələri üzrə şagirdlərin nəticələrinin yaxşılaşıb-yaxşılaşmaması olacaq.

“Biz də sentyabrın 8-də nəticələrin elan olunmasını gözləyirik. Nəticələr açıqlandıqdan sonra bununla bağlı daha geniş brifinq və məlumatlandırma olacaq”, - Əliyev PISA ilə bağlı təqdimat zamanı deyib.

O bildirib ki, nəticələrin açıqlanmasından sonra oxu, riyaziyyat və təbiət elmləri üzrə ayrı-ayrı alt bacarıqlar təhlil ediləcək və şagirdlərin hansı istiqamətlərdə çətinlik çəkdiyi müəyyənləşdiriləcək.

Əliyevin sözlərinə görə, təhlil eyni zamanda Azərbaycanın hansı istiqamətlərdə daha yaxşı nəticə göstərdiyini və buna hansı amillərin təsir etdiyini müəyyənləşdirməyə imkan verəcək.

PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır və 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol