• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil telefonlardan həddindən artıq istifadə şagirdlərin nəticələrinə mənfi təsir göstərə bilər - Tİ

Mobil telefonlardan həddindən artıq istifadə şagirdlərin nəticələrinə mənfi təsir göstərə bilər - Tİ
04.09.2026 11:40

Şagirdlərin mobil telefon və digər rəqəmsal cihazlardan həddindən artıq istifadəsi onların akademik nəticələrinin zəifləməsinə təsir edən amillərdən biri ola bilər. Bunu  Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti  icra edən şəxs Elnur Əliyev bildirib.

Əliyev PISA ilə bağlı təqdimatda deyib ki, aparılmış araşdırmalarda şagirdlərin telefon, planşet və digər rəqəmsal resurslarda keçirdikləri vaxtla onların nəticələri arasında əlaqə müşahidə olunub.

“Bu tip fəaliyyətlərə çox vaxt sərf edən şagirdlər nəticələrdə aşağı gəlirlər”, - Əliyev bildirib.

Onun sözlərinə görə, sorğularda şagirdlərin bir hissəsi sinif yoldaşlarının mobil cihazlardan istifadəsinin dərs zamanı onların diqqətini yayındırdığını və fokuslanmaq imkanını azaltdığını da bildirib.

Əliyev PISA göstəricilərində müşahidə olunan enişi izah edən digər amillərdən birinin oxu bacarıqlarının zəifləməsi ola biləcəyini deyib.


Onun sözlərinə görə, yeni nəsildə böyükhəcmli mətn və kitabları ardıcıl və dərindən oxuma vərdişlərinin zəifləməsi digər bacarıqların inkişafına da mənfi təsir göstərə bilər.

Əliyev bununla belə, bu amillərlə nəticələr arasındakı əlaqənin hazırda müzakirə edilən mülahizə və ehtimallar sırasında olduğunu bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol