Yüksək bal yığmış tələbələrə təqaüd verildi

"Biliyini Kapitala Çevir" Tələbə Təqaüd Proqramına uyğun olaraq 18 tələbəyə təqaüd ayrılıb.
ANN.Az-ın məlumatına görə, bu gün Qeyri-Bank Təşkilatı tərəfindən həyata keçirilən proqramın nəticələrinə həsr olunmuş yekun mətbuat konfransı keçirilib. Proqramın əsas məqsədi aşağı gəlirli şəxslərin övladlarının effektiv ali təhsil almalarına və peşəkar mütəxssis olmalarına dəstək olmaqdan ibarətdir.
Proqrama uyğun olaraq ölkə üzrə müraciət etmiş 58 nəfər ərizəçidən 18 nəfər tələbə seçilib. Seçim şərtlərinə uyğun olaraq cənub və mərkəz bölgələrinin hər birindən daxil olan ərizələr arasından ən yüksək bal toplayan 5 nəfər, qərb regionundan 6 nəfər, Abşeron bölgəsindən 2 nəfər təqaüd verilməsi üçün layiq görülüb. Onların hər birinə 12 ay ərzində təşəbbüskar Qeyri-Bank Təşkilatı tərəfindən 100 manat məbləğində təqaüd veiləcək.
ANN.Az
























