• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
06.09.2026 11:47

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

BDYPİ-dən verilən məlumata görə, ölkə ərazisində yağıntıların intensivləşəcəyi və güclü külək əsəcəyi gözlənilir.

İdarə sürücülərə yağışlı havada sürəti yol və hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi, həmçinin işıq cihazlarından düzgün istifadə etməyi tövsiyə edib.

BDYPİ güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücülərinin küləyin avtomobilin hərəkət dayanıqlığına təsirini nəzərə almasının vacib olduğunu bildirib.

İdarə intensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamağı, həmin ərazilərdə tətbiq edilən məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.

BDYPİ hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol