• $
  • €
  • ₽
  • ₺
  • £

Meyiti tapılmış tələbənin sevgilisinə son mesajı...

Meyiti tapılmış tələbənin sevgilisinə son mesajı...
26.11.2013 11:39

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Dostları Asim Məmmədovun anasına istinadən bildiriblər ki, onun meyiti dənizdən tapılıb.

 

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

 

milli.Az-ın məlumatına görə, o, ötən şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb. 

Sonradan isə A.Məmmədov son sözlərini misralara töküb dostuna mesaj çəkmişdi:

“Aşuradan mənə nə? 

Qiyamət qopdu mənimçün. 

Minillik kimi keçməkdə hər saatım, hər günüm. 

"Ümidim yox" dedikdə Varlığım geyindi qara 

Çox asan görünür mənə 

Həm Qiyamət, həm Aşura. 

Deyil heç vecimə: Hücum edin şair-kafirə! 

Ölüyə nə qorxu hücumdan?

Yalnız zərər yetişə kəfənə. 

Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki "e bu nə dindar idi ki, intihar etdi?!" Amma vecimə də deyil”. 

Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan'da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol