• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin dostu Bakıda kitabını təqdim edəcək

Putinin dostu Bakıda kitabını təqdim edəcək
26.11.2013 10:49

Bu gün saat 13-də Bakı Dövlət Universitetində tanınmış alim, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabının təqdimat mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanın məşhur ziyalıları, elm xadimləri ilə yanaşı, bir sıra xarici ölkələrdən də tanınmış qonaqlar və jurnalistlər iştirak edəcəklər.

Bu barədə musavat.com-a İlham Rəhimovun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı rus dilində Sankt-Peterburq şəhərində, “R.Aslanov adına hüquq mətbəə evi”ndə işıq üzü görüb. Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə də cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən geniş oxucu kütləsi də faydalana bilər. Kitabı daha sanballı edən və dəyərini artıran cəhətlərdən biri də müəllif tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimdəki ayələrdən- ilahi kəlam və buyuruşlardan gen-bol və bacarıqla istifadə edilməsidir.

Kitaba Azərbaycan Elmlər Akademiyasının şöbə müdiri, Rusiya Federasiyası Administrativ Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, hüquq elmləri doktoru Fuad Cavadov və Rusiya Federasiyası Baş Prokurorluğu Akademiyasının Sankt-Peterburq Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri namizədi A.Salnikov rəy yazıblar.

Kitab yaxın günlərdə Azərbaycan dilində də oxuculara təqdim olunacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol