• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari sığorta tələbi 10 hektardan 7 hektara endirilib

İcbari sığorta tələbi 10 hektardan 7 hektara endirilib
08.09.2026 11:32

Aqrar Subsidiya Şurası tərəfindən aqrar sığorta ilə bağlı yeni qərarlar qəbul edilib. Qərarlar həm Aqrar Sığorta Fondu, həm də fermerlər üçün bir sıra yenilikləri nəzərdə tutur.

Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Əliyeva-Məmişova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qərara əsasən, icbari sığortalanma tələbi tətbiq olunan bitkilərin siyahısı genişləndirilib. Belə ki, arpa, buğda, qarğıdalı və çəltiklə yanaşı, günəbaxan da icbari sığortalanmalı bitkilərin sırasına əlavə edilib.

Bununla yanaşı, icbari sığorta tələbinin tətbiq olunduğu əkin sahəsinin minimum ölçüsü 10 hektardan 7 hektara endirilib.

Ləman Əliyeva-Məmişova bildirib ki, qərarın əsas məqsədi aqrar sığortanın fermerlər üçün daha əlçatan olmasını və sığortalanmanın əhatə dairəsinin genişləndirilməsini təmin etməkdir.

“Yeni qərara əsasən, daha xırda və ortaölçülü təsərrüfatların da Aqrar Sığortaya əlçatanlığı artacaq. Onların risklərdən qorunması təmin ediləcək”, – deyə Fond rəsmisi qeyd edib.

O, həmçinin günəbaxan bitkisinin sığorta təminatına əlavə edilməsinin mühüm yenilik olduğunu vurğulayıb.

“Günəbaxan iqlim risklərinə həssas bitkilərdən biridir. Bu bitkinin sığorta təminatına daxil edilməsi həmin sahədə fəaliyyət göstərən fermerlərin maliyyə itkilərinin qarşısının alınmasına və maliyyə dayanıqlığının təmin edilməsinə böyük rol oynayacaq”, – Ləman Əliyeva-Məmişova bildirib.

Fond rəsmisi həmçinin yeni salınmış bağlarla bağlı sığortalanma tələbinin 3 illik müəyyən edilməsini mühüm dəyişiklik kimi qiymətləndirib.

Onun sözlərinə görə, yeni salınmış bağın iqtisadi dəyərini formalaşdırması və məhsula düşməsi təxminən üç il çəkir. İlk üç il bağlar üçün ən riskli dövr hesab olunur. Bu müddətdə fermer hələ məhsul və gəlir əldə etmədiyindən, üç illik sığorta tələbinin tətbiqi onun qoyduğu sərmayənin qorunması baxımından əhəmiyyətlidir.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol