• $
  • €
  • ₽
  • ₺
  • £

Əmrullayev: Azərbaycanlı şagirdlər riyazi nəticələrin şərhində çətinlik çəkirlər

Əmrullayev: Azərbaycanlı şagirdlər riyazi nəticələrin şərhində çətinlik çəkirlər
08.09.2026 11:45

Azərbaycanlı şagirdlər riyazi məsələləri həll etməkdə nisbətən yaxşı nəticə göstərsələr də, əldə olunan nəticələri şərh etməkdə çətinlik çəkirlər. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, PISA qiymətləndirməsi şagirdlərin biliklərini üç əsas istiqamət - riyazi savadlılıq, oxu savadlılığı və təbiət elmləri üzrə ölçür.

“Ənənəvi təsəvvürümüz budur ki, uşaqlarımız riyazi məsələləri kifayət qədər düzgün həll edirlər. Amma nəticələrin şərhində, xüsusən belə tapşırıqlarda, təəssüf ki, müəyyən çətinliklər var”, - Əmrullayev deyib.
Nazir bildirib ki, riyazi savadlılıq yalnız hesablamanın aparılmasını deyil, real həyat hadisələrinin riyazi formada ifadə edilməsini, məsələnin həllini və alınmış nəticənin düzgün şərh olunmasını əhatə edir.

Onun sözlərinə görə, Azərbaycanın yeni dərsliklərində bu bacarıqların inkişafına xüsusi diqqət yetirilir.

Əmrullayev qeyd edib ki, PISA qiymətləndirməsini Azərbaycan deyil, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) həyata keçirir.

Azərbaycan üzrə tədqiqatda təsadüfi seçilmiş 241 məktəbdən 7,482 şagird iştirak edib və onların göstəriciləri ölkə üzrə ümumi nəticəni təmsil edir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol