• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı riyazi savadlılıq üzrə nəticəsini 2022-ci illə müqayisədə 63 bal artırıb

Bakı riyazi savadlılıq üzrə nəticəsini 2022-ci illə müqayisədə 63 bal artırıb
08.09.2026 11:52

Azərbaycan 2025-ci il beynəlxalq qiymətləndirməsində riyazi savadlılıq üzrə 422 bal toplayaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 463 ballıq orta göstəricisindən 41 bal geri qalıb. Bunu elm və təhsil naziri PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

Bakı üzrə nəticə 460 bal təşkil edib. Paytaxtın göstəricisi 2022-ci illə müqayisədə 63 bal, 2018-ci illə müqayisədə isə 40 bal yüksəlib. Bakı 2018-ci ildə 420, 2022-ci ildə 397 bal toplamışdı.

Azərbaycanın ümumi nəticəsi Gürcüstanın 417, Ermənistanın 376, Moldovanın 410, Qazaxıstanın 414, Səudiyyə Ərəbistanının 390 və Qırğızıstanın 364 ballıq göstəricilərindən yüksək olub.

Bununla belə, Azərbaycan Türkiyə (462 bal), Birləşmiş Ərəb Əmirlikləri (453 bal), İsrail (433 bal), Fransa (458 bal) və Almaniyadan (463 bal) geri qalıb. Serbiyanın nəticəsi 417 bal olub.
Təqdimatda OECD ölkələri üzrə orta göstəricinin son qiymətləndirmə dövrlərində davamlı azaldığı bildirilib. Bu göstərici 2015-ci ildə 490, 2018-ci ildə 489, 2022-ci ildə 472, 2025-ci ildə isə 463 bal təşkil edib.

PISA şagirdlərin məktəbdə öyrəndikləri bilikləri real həyat şəraitində tətbiq etmək qabiliyyətini riyazi savadlılıq, oxu savadlılığı və təbiət elmləri üzrə qiymətləndirir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol