• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan təbiət elmləri üzrə 92 ölkə arasında 69-cu yeri tutub

Azərbaycan təbiət elmləri üzrə 92 ölkə arasında 69-cu yeri tutub
08.09.2026 12:03

Azərbaycan PISA 2025 beynəlxalq qiymətləndirməsində təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bunu bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

Azərbaycanın göstəricisi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə 482 ballıq orta nəticədən 73 bal aşağı olub.

Bakı üzrə nəticə 440 bal təşkil edib. Paytaxtın göstəricisi 2022-ci illə müqayisədə 60 bal, 2018-ci illə müqayisədə isə 42 bal yüksəlib.

Bakı 2018-ci ildə 398, 2022-ci ildə isə 380 bal toplamışdı.

Azərbaycanın ümumi göstəricisi Ermənistan (369 bal), Qırğızıstan (363 bal) və Düşənbənin (334 bal) nəticələrindən yüksək, Gürcüstan və Moldovadan (hər biri 422 bal), eləcə də Qazaxıstandan (420 bal) aşağı olub.
Müqayisə üçün, Türkiyə 494, Almaniya 485, Fransa 484, Birləşmiş Ərəb Əmirlikləri 458, İsrail 442, Serbiya 429, Səudiyyə Ərəbistanı isə 413 bal toplayıb.
Təqdimata əsasən, təbiət elmləri üzrə OECD-nin orta göstəricisi son dörd qiymətləndirmə dövründə azalıb: 2015-ci ildə 493 bal olan nəticə 2018-ci ildə 489-a, 2022-ci ildə 485-ə, 2025-ci ildə isə 482-yə düşüb.

Qiymətləndirməyə qatılan 92 ölkə və regiondan 13-ü tədqiqatda ilk dəfə iştirak edib. Əvvəlki dövrlə müqayisədə 35 ölkədə nəticələr yaxşılaşıb, 43 ölkədə isə geriləmə qeydə alınıb.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol