• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax-Tovuzda şagirdlərin 88%-nin oxu bacarığı minimum səviyyədən aşağıdır

Qazax-Tovuzda şagirdlərin 88%-nin oxu bacarığı minimum səviyyədən aşağıdır
08.09.2026 12:14

Qazax-Tovuz iqtisadi rayonunda qiymətləndirməyə cəlb olunan şagirdlərin 88%-i oxu savadlılığı üzrə ikinci səviyyədən aşağı nəticə göstərib. Mil-Muğan regionunda bu göstərici 83%, Qarabağ və Lənkəran-Astarada isə 79% olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.

Oxu savadlılığı üzrə ən aşağı orta bal Mil-Muğanda qeydə alınıb - 325 bal. Qazax-Tovuz 340, Mərkəzi Aran 341, Qarabağ 344, Şirvan-Salyan isə 346 bal toplayıb.
İkinci səviyyədən aşağı nəticə göstərənlərin payı Naxçıvanda 76%, Şəki-Zaqatalada və Şərqi Zəngəzurda 75%, Dağlıq Şirvanda 73%, Mərkəzi Aranda isə 71% təşkil edib.

Ən yüksək orta nəticə Bakıda qeydə alınıb - 405 bal. Paytaxtda şagirdlərin 51%-i ikinci səviyyədən aşağı nəticə göstərib. Abşeron-Xızı 393, Naxçıvan 385, Gəncə-Daşkəsən 376, Şəki-Zaqatala isə 374 bal toplayıb.

Oxu savadlılığının ən yüksək - beşinci və altıncı səviyyələrinə çatan şagirdlərin payı Bakıda cəmi 0.2%, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə 0.1% olub.

Digər iqtisadi rayonlarda bu səviyyələr üzrə nəticə göstərən şagird qeydə alınmayıb.
Riyazi savadlılıq üzrə də ən yüksək risk göstəricisi Qazax-Tovuzda olub: şagirdlərin 75%-i ikinci səviyyədən aşağı nəticə göstərib. Bu göstərici Lənkəran-Astarada 70%, Qarabağda 67%, Mil-Muğanda və Naxçıvanda isə 65% təşkil edib.

Təbiət elmləri üzrə ikinci səviyyədən aşağı nəticə göstərənlərin payı Qazax-Tovuzda 76%, Lənkəran-Astarada 70%, Mil-Muğanda 69% və Qarabağda 66% olub.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol