• $
  • €
  • ₽
  • ₺
  • £

Keyfiyyətli bağça tərbiyəçisi hazırlamaq iki və ya beş illik iş deyil - nazir

Keyfiyyətli bağça tərbiyəçisi hazırlamaq iki və ya beş illik iş deyil - nazir
08.09.2026 13:28

Azərbaycanda məktəbəqədər təhsilin əhatə səviyyəsi 14%-dən 45%-ə yüksəlsə də, uşaq bağçalarında təhsilin keyfiyyəti ilə bağlı problemlər qalır. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bağçalar 2022-ci ildə Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra aparılan qiymətləndirmə zamanı işçilərin təxminən 50%-nin müvafiq ixtisas üzrə diplomunun olmadığı müəyyən edilib.

“Keyfiyyətli bağça tərbiyəçisi hazırlamaq iki və ya beş illik iş deyil. Bu, çox fundamental məsələdir. Tərbiyəçi uşaq psixologiyasını bilməli və təhsil işçisi kimi hazırlanmalıdır”, - Əmrullayev deyib.

Nazir məktəbəqədər təhsilin əhatə dairəsinin 14%-dən 45%-ə yüksəlməsini ciddi artım adlandırıb və kəmiyyət üzrə planın icra edildiyini bildirib.

Onun sözlərinə görə, məktəbəhazırlıq proqramlarının genişləndirilməsi xüsusilə regionlarda mühüm əhəmiyyət daşıyır.

Əmrullayev məktəbəqədər təhsildə yeni yerlərin yaradılması üçün dövlət-özəl tərəfdaşlığı modelinə böyük ümid bəsləndiyini deyib.

Layihə çərçivəsində regionlarda özəl bağçaların sayının artırılması nəzərdə tutulur.

Nazir bildirib ki, az sayda uşağın qeydiyyatda olduğu və faktiki fəaliyyət göstərməyən bəzi bağçalar optimallaşdırılıb, boş qalan imkanlar tələbatın yüksək olduğu müəssisələrə yönəldilib.

Onun sözlərinə görə, bağçalarda qidalanmanın təşkili sahəsində də irəliləyiş əldə olunub.

Əmrullayev kəmiyyət üzrə artıma baxmayaraq, ixtisaslı kadrların hazırlanması, mövcud işçi heyətinin yenilənməsi və keyfiyyətli məktəbəqədər təhsil sisteminin qurulmasının uzunmüddətli proses olacağını bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol