• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta tibbi sənədlərlə müavinət alınmasına görə iki həkimin işi məhkəməyə göndərilib

Saxta tibbi sənədlərlə müavinət alınmasına görə iki həkimin işi məhkəməyə göndərilib
09.09.2026 10:08

Baş Prokurorluq rüşvət müqabilində saxta tibbi sənədlər vermək və bu sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə ittiham olunan iki həkim barəsində cinayət işini məhkəməyə göndərib.


Qurumun məlumatına görə, “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakıdakı 42 nömrəli şəhər poliklinikasının keçmiş sahə həkimi Səmayə Əşrəfova 2017-2024-cü illərdə müraciət edən şəxsləri müayinədən keçirmədən onların əmək qabiliyyətini müvəqqəti itirməsi barədə tibbi sənədlər vermək müqabilində müxtəlif məbləğlərdə rüşvət almaqda ittiham olunurlar.


İstintaq hesab edir ki, həmin sənədlər əsasında müavinətlərin ödənilməsi təşkil edilib. Mikayılova, həmçinin rüşvətdən əldə etdiyi vəsaiti leqallaşdırma ittihamı irəli sürülüb.


Təqsirləndirilən şəxslər barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib, Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub. “Seymur-M” MMC barəsində də cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanıb.


İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxslərlə bağlı istintaq davam edir.


Təqsirləndirilən şəxslərin ittihamlara münasibəti açıqlanmayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol