• $
  • €
  • ₽
  • ₺
  • £

Qalib Bayramova 8 il həbs cəzası verilib, cəzası şərti hesab olunub

Qalib Bayramova 8 il həbs cəzası verilib, cəzası şərti hesab olunub
09.09.2026 15:29

“QHT işi” üzrə ittiham olunan İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib, lakin cəzası şərti hesab olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Qalib Bayramov 2 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il həbs cəzasına məhkum edilib. Onun cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Məhkəmə həmçinin onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirini başqa yerə getməmək barədə iltizam tədbiri ilə əvəz edib.

Dövlət ittihamçısı Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının isə 5 il sınaq müddəti ilə şərti hesab olunmasını təklif etmişdi.

Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Aytac Zeynalova 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol