• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk “Facebook” cəzası ləğv olundu

Azərbaycanda ilk “Facebook” cəzası ləğv olundu
26.11.2013 00:54

Noyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsi Astara Məhkəməsinin facebook-dakı tənqidi ifadələrə cinayət cəzası kəsən hökmünü ləğv edib. 

“Qafqazinfo” xəbər verir ki, rayon məhkəməsinin hökmünün ciddi prosessual pozuntulara yol verilməklə çıxarıldığı qənaətinə gəlib. 

“Facebook işi” ilə bağlı  Astara rayon Məhkəməsi 2013-cü ilin iyul ayında AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovu internetdəki ifadələrindən dolayı cinayət məsuliyyətinə cəlb edən hökm çıxarmışdı. M.Talıbov AccessBank-dakı işindən çıxarılmasını qanunsuz sayırdı. O, facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılamışdı. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Astara Məhkəməsi facebook səhifəsindəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi. M.Talıbov aylıq qazancının 20%-nin dövlətə alınmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, habelə M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi (!) qoyulmuşdu.

Mikayıl Talıbovun hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edirlər. MHİ-nin vəkilləri Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdikləri şikayətdə Astara Məhkəməsinin hökmünün qanunsuz olduğunu, maddi və prosessula pozuntulara yol verilməklə çıxarıldığını, M.Talıbovun ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu qeyd etmişdilər. Məhkəmədən rayon məhkəməsinin hökmünün ləğvi tələb olunurdu.

Apellyasiya şikayətinə noyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Məhkəmə hesab edib ki, rayon məhkəməsinin hökmü ciddi prosessual pozuntulara yol verilməklə çıxarılıb, M. Talıbovun ədalətli məhkəmə araşdırması hüququ pozulub. Şirvan Apellyasiya Məhkəməsi hökmü ləğv edərək işi yenidən baxılmaq üçün Astara Məhkəməsinə qaytarıb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol