• $
  • €
  • ₽
  • ₺
  • £

Odessa yaxınlığında dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı dənizçi ölüb

Odessa yaxınlığında dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı dənizçi ölüb
10.09.2026 12:37

 

Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmi dron hücumuna məruz qalıb, nəticədə iki azərbaycanlı dənizçi həlak olub. Bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus, Somali bayrağı altında üzən “TEDY” yedək gəmisi (IMO 9059200) dünən səhər saatlarında dronların hücumuna məruz qalıb. Hücum zamanı gəmidə 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olub.

Zədələnən gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Nəticədə Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olublar.

Digər iki azərbaycanlı dənizçi yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.

Hadisə Qara dənizdə Rusiya-Ukrayna müharibəsi fonunda mülki və kommersiya gəmilərinin üzləşdiyi təhlükələrdən birini göstərir. Odessa və ətrafındakı liman infrastrukturu müharibə başlayandan bəri dəfələrlə dron və raket hücumlarının hədəfinə çevrilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol