• $
  • €
  • ₽
  • ₺
  • £

AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır

AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
10.09.2026 18:31

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə, Zərdab-Gəncə şəhərlərarası, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal), Düztahir kəndi – Qusar (avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 oktyabr 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar və Bakı-Quba istiqamətlərində 6 lot üzrə oktyabrın 16-da, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax və Yevlax-Gəncə istiqamətlərində 6 lot üzrə oktyabrın 20-də, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə və Zərdab-Gəncə istiqamətlərində 7 lot üzrə oktyabrın 23-də, paytaxtın 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərətrafı marşrutu, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal) istiqamətləri üzrə 5 lotda oktyabrın 27-də, Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal), Düztahir kəndi – Qusar (avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətləri üzrə isə 5 lotda oktyabrın 30-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol