• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat süni intellektlə bağlı ayrıca qanunun qəbulunu təklif edib

Deputat süni intellektlə bağlı ayrıca qanunun qəbulunu təklif edib
11.09.2026 12:33

Azərbaycanda süni intellektdən istifadənin tənzimlənməsi üçün ayrıca qanun qəbul edilməlidir. Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin elm və təhsil komitəsinin iclasımda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, süni intellektin yaratdığı imkanlarla yanaşı, xüsusilə təhsil sahəsində doğurduğu risklər də nəzərə alınmalıdır.

“Süni intellekt gənclərimizin araşdırma, təhlil və müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərməməlidir”, - Məmmədov parlamentdə çıxışı zamanı deyib.

Deputat həmçinin “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasının sürətləndirilməsini, dünyada təhsil sahəsində gedən dəyişikliklərin qanunda əks olunmasını təklif edib.

Məmmədov bakalavr təhsilinin üç, magistratura təhsilinin isə bir ilə endirilməsi imkanının müzakirəyə çıxarılmasını məqsədəuyğun sayıb.

Onun sözlərinə görə, magistratura pilləsində hər il təxminən 4,000 və ya daha çox yer boş qalır və bunun səbəblərindən biri təhsil müddətinin iki il olmasıdır.

Deputat doktorantura təhsilində mövcud iki pillənin birləşdirilməsi prosesinin də sürətləndirilməsini istəyib.

O bildirib ki, elmi işi hazır olan bir sıra tədqiqatçılar uzun müddət müdafiə edə bilmirlər və bu vəziyyət onların əməkhaqqına və motivasiyasına təsir göstərir.

Məmmədov həmçinin məktəblərdə tərbiyə işinin gücləndirilməsi üçün ayrıca proqramın qəbulunu, ali məktəblərdə təhsilin keyfiyyətinin artırılmasını və peşə təhsilinə münasibətdə mövcud stereotiplərin aradan qaldırılmasını təklif edib.

O, İnsan Kapitalı İndeksi üzrə Azərbaycanın nəticələrinin geniş müzakirəyə çıxarılmasına və ölkənin geridə qaldığı istiqamətlər üzrə tədbirlərin müəyyənləşdirilməsinə ehtiyac olduğunu da bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol