• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: bəzi universitetlərdə elmi dərəcəsi olmayan müəllimlər magistrlərə dərs deyirlər

Deputat: bəzi universitetlərdə elmi dərəcəsi olmayan müəllimlər magistrlərə dərs deyirlər
11.09.2026 13:10

Azərbaycanda bəzi universitetlərin magistr hazırlamaq üçün kifayət qədər ixtisaslı pedaqoji heyəti yoxdur. Bunu deputat Vasif Qafarov Milli Məclisin elm və təhsil komitəsində çıxışı zamanı bildirib.

“Bir çox universitetə eyni ixtisaslar üzrə magistratura yerləri ayrılır. Lakin görürük ki, həmin universitetlərin magistr hazırlamaq və onlara dərs demək üçün yetərli pedaqoji heyəti yoxdur. Hətta bəzi universitetlərdə elmi dərəcəsi olmayan müəllimlər magistrlərə dərs deyirlər”, - Qafarov bildirib.

Onun sözlərinə görə, problem xüsusilə bəzi özəl universitetlərdə elmi dərəcəli mütəxəssislərin sayının az olması ilə bağlıdır.

Deputat magistratura üzrə ayrılan plan yerlərinin sayının da azaldılmasını təklif edib.

“Magistraturaya müraciət edənlərin sayı plan yerlərindən 3,000-4,000 nəfər azdır. Bu il də təxminən 3,000-4,000 yer boş qalıb. Tələblə təklif arasındakı balans pozulub”, - o deyib.

Qafarov magistratura təhsilinin peşə və tədqiqat istiqamətləri üzrə ayrılmasını da məqsədəuyğun sayıb.

“Dünya bu modelə çoxdan keçib. Peşə istiqaməti üzrə magistratura bir il davam edir və dissertasiya müdafiəsi tələb olunmur. Tədqiqat istiqaməti üzrə təhsil isə iki il davam edə və dissertasiya müdafiəsi ilə yekunlaşa bilər”, - deputat bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol