• $
  • €
  • ₽
  • ₺
  • £

Adil Vəliyev: 12 illik təhsilə keçmədən üçillik bakalavr sistemi məqsədəuyğun deyil

Adil Vəliyev: 12 illik təhsilə keçmədən üçillik bakalavr sistemi məqsədəuyğun deyil
11.09.2026 13:20

Azərbaycanda bakalavr təhsilinin üç ilə endirilməsi yalnız tam orta təhsilin müddəti 12 ilə çatdırıldıqdan sonra tətbiq oluna bilər. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev elm və təhsil komitəsinin iclasında bildirib.

“Avropanın aparıcı ölkələrində və ABŞ-də bakalavr təhsilinin üç ilə endirilməsi prosesi başlayıb. Ancaq Azərbaycanda tam orta təhsil 11 il, dünyanın 100-dən çox ölkəsində isə 12 ildir. Bu proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır”, - Vəliyev deyib.

Onun sözlərinə görə, 11 illik təhsil sistemi xarici universitetlərdə oxumaq istəyən azərbaycanlı abituriyentlər üçün də çətinlik yaradır.

“Həmin universitetlər şagirdlərimizdən 12 illik təhsil tələb edirlər. Buna görə də bəzi şagirdlər çatışmayan müddəti Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrində kompensasiya etməli olurlar”, - o bildirib.

Vəliyev bakalavr təhsilinin üç ilə endirilməsi təklifini dəstəklədiyini, lakin məsələyə kompleks yanaşılmalı olduğunu deyib.

“Əvvəlcə 12 illik ümumi təhsilə keçilməli, növbəti mərhələdə isə üçillik bakalavr sistemi tətbiq olunmalıdır. Hazırkı şəraitdə bakalavr təhsilinin üç ilə endirilməsi məqsədəuyğun olmaz”, - o əlavə edib.

Bugün komitənin iclasında deputat Fariz İsmayılzadə ali təhsilin 3 ilə endirilməsini təklif edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol