• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyi kampaniyasına başladı

ATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyi kampaniyasına başladı
25.11.2013 19:02

ATƏT-in Bakı Ofisi bu gündən başlayaraq orta məktəb şagirdləri və müəllimləri üçün yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə kampaniyasına başlayır. 

Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytı məlumat verib.

Məlumatda qeyd olunur ki, Daxili İşlər və Təhsil nazirlikləri ilə birgə paytaxt Bakının 20 orta məktəbində həyata keçiriləcək tədbirlərdə 2500-ə yaxın şagird və 250 müəllimin iştirakı gözlənilir.

Yerli mütəxəssislər ibtidai sinif müəllimlərinə yol hərəkəti təhlükəsizliyi məsələləri ilə yanaşı, praktiki maarifləndirmə yolları və müvafiq internet resurslar haqqında məlumat verəcəklər.

Şagirdlər üçün əsas yol hərəkəti qaydaları haqqında təqdimatlar keçiriləcək, onların piyada və sərnişin kimi davranışlarına dair məsləhətlər veriləcək. Mütəxəssisləri müşayiət edən yol polisi zabitləri isə tədbir iştirakçılarının suallarını cavablandıracaq, lazımi tövsiyələrini verəcəklər.

ATƏT-in Bakı Ofisinin Siyasi-hərbi şöbəsinin rəhbər əvəzi Ömər Kılıc bildirib: "Bu kampaniyanın əsas məqsədi əhali arasında yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə işlərində Azərbaycan hökumətinin səylərinə töhfə vermək və vətəndaş cəmiyyətini bu işdə daha fəal iştiraka təşviq etməkdir".

Təqdimatlardan sonra məktəblərin həyətlərində keçiriləcək xüsusi tədbir zamanı şagirdlərə qoruyucu kəmərin üstünlüklərini nümayiş etdirən simulyator oturacaq nümayiş olunacaq. Sonda isə iştirakçılara yol hərəkəti təhlükəsizliyinə dair bukletlər və layihənin mesajlarını özündə əks etdirən təşviqat materialları paylanacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol