• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Aydəmir DİN-ə səsləndi: Bayır şəhərdə ağır hadisə baş vermədən tədbir görülsün

Azər Aydəmir DİN-ə səsləndi: Bayır şəhərdə ağır hadisə baş vermədən tədbir görülsün
12.09.2026 09:06

Aktyor Azər Aydəmir Bayır şəhər ərazisində nəzarətsiz qalan söküntü sahələrinin sakinlərin təhlükəsizliyi və ictimai asayiş üçün risk yaratdığını bildirib.


O, Daxili İşlər Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək, söküntü sahələrində müvəqqəti mühafizə xidmətinin təşkil olunmasını istəyib.


“Son günlər nəzarətsiz qalan ərazilərdə müxtəlif xoşagəlməz hallar müşahidə olunur. Dağıntılar və boş sahələr tualet kimi istifadə edilir, burada spirtli içkilər və digər maddələr qəbul olunur, müxtəlif şəxslər toplaşırlar”, - Aydəmir bildirib.


Onun sözlərinə görə, söküntü sahələri arasındakı kiçik küçələr, keçidlər və işıqlandırılmayan ərazilər axşam saatlarında sakinlər üçün təhlükəli vəziyyət yaradır.


“Söküntü tam başa çatanadək, qalıqlar daşınanadək və ərazilər bağlananadək həmin sahələrin nəzarətsiz qalması ciddi riskdir. Ümid edirəm ki, daha ağır hadisə baş verməzdən əvvəl tədbir görüləcək”, - aktyor deyib.


Aydəmir aidiyyəti qurumlardan ərazidə nəzarətin gücləndirilməsini və sakinlərin təhlükəsizliyinin təmin olunmasını istəyib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol