• $
  • €
  • ₽
  • ₺
  • £

FHN Zaqatalada yanğın-taktiki təlim keçirib

FHN Zaqatalada yanğın-taktiki təlim keçirib
12.09.2026 10:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında "Səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğın-xilasetmə əməliyyatının təşkili" mövzusunda yanğın-taktiki təlim keçirib.Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğınla əlaqədar "həyəcan" siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada "hadisə yerinə" çataraq, "yanğınla" mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş səhiyyə müəssisəsində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib" və "yanğın qısa müddətdə söndürülüb".

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol