8 Noyabr prospektində təmir işləri aparılacaq

Xətai rayonunun 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də saat 09:00-dan etibarən təmir işləri aparılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Təmir işləri zamanı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması nəzərdə tutulmur.
Agentlik sürücüləri təmir aparılan ərazilərdə diqqətli olmağa, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyə çağırıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























