• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllimlərin geyimi ilə bağlı yeni tələblər yaxın günlərdə açıqlanacaq - nazir

Azərbaycanda müəllimlərin geyimi ilə bağlı yeni tələblər yaxın günlərdə açıqlanacaq - nazir
14.09.2026 15:35

Azərbaycanda dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə tətbiq ediləcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qaydaların müəllimlər üçün eyni modeldə vahid geyim formasının tətbiqini nəzərdə tutmadığını, əsas məqsədin onların xarici görünüşünə dair ümumi tələbləri müəyyənləşdirmək olduğunu deyib.

Yeni tələblərin detalları, tətbiq mexanizmi və qaydalara əməl olunmasına nəzarətin hansı formada həyata keçiriləcəyi hələ açıqlanmayıb.
Azərbaycan parlamenti iyulda “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edərək dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyiminə dair tələblərin aidiyyəti dövlət qurumu tərəfindən müəyyənləşdirilməsinə hüquqi əsas yaradıb. Dəyişikliklər müəllimlərlə yanaşı, şagirdlərin mövcud geyim qaydalarına əməl etməsini də tələb edir. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sentyabrın əvvəlində müəllimlərin geyiminə dair tələblərin və onların tətbiq mexanizmlərinin hazırlandığını, sənəd təsdiqləndikdən sonra ictimaiyyətə məlumat veriləcəyini bildirmişdi. 

Əmrullayev 2025-ci ilin sentyabrında müəllimlərin etik davranış qaydalarında onların geyiminə dair tövsiyələrin olduğunu, lakin vahid formaya keçidin nəzərdə tutulmadığını demişdi.

Gülnar

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol