• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi bakalavr ixtisaslarında təhsil müddətini üç ilə endirə bilər – nazir

Bəzi bakalavr ixtisaslarında təhsil müddətini üç ilə endirə bilər – nazir
14.09.2026 16:32

Azərbaycanda bəzi bakalavr ixtisasları üzrə təhsil müddəti dörd ildən üç ilə endirilə bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev bazar ertəsi bildirib.

Nazir bunun bütün ixtisaslara şamil edilməsinin nəzərdə tutulmadığını və qərarın mütəxəssislərlə işəgötürənlərin rəyindən asılı olacağını deyib.

“Əgər mütəxəssislər və bu sahənin işəgötürənləri hesab etsələr ki, üç il də kifayətdir, mən düşünürəm ki, bəzi sahələrdə bunu üç il etmək olar”, - Əmrullayev bildirib.

Onun sözlərinə görə, təhsil müddətinin qısaldılması məzunların əmək bazarına daha tez çıxmasına imkan verə bilər.

Əmrullayev eyni zamanda Azərbaycanın 12 illik tam orta təhsil sisteminə keçməyi planlaşdırmadığını deyib.

“On iki illik təhsilə keçid nəzərdə tutulmur. Təbii ki, ‘12+3’ müəyyən mənada işlək model ola bilər. Hazırda biz ‘11+4’ modelindən danışırıq”, - nazir bildirib.

Milli Məclisdə ötən həftə keçirilən müzakirələrdə bəzi deputatlar və parlament rəsmiləri Azərbaycanda 12 illik tam orta təhsil və üçillik bakalavr modelinə keçidi təklif ediblər.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Avropanın bir sıra ölkələrində tətbiq olunan üçillik bakalavr modelinə keçid üçün Azərbaycanda əvvəlcə tam orta təhsilin müddətinin 12 ilə çatdırılması məqsədəuyğun olardı.

Deputat Eldar Quliyev də bakalavr təhsilinin üç ilə endirilməsi məsələsinə yenidən baxılmasını təklif edib.

Azərbaycanda hazırda tam orta təhsil 11 il, bakalavr proqramlarının əksəriyyəti isə dörd ildir. Nazirlik məktəbəhazırlıq mərhələsi də nəzərə alındıqda ümumi təhsil prosesinin faktiki olaraq 12 ili - bir il məktəbəhazırlıq və 11 il məktəb təhsilini - əhatə etdiyini bildirir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol