• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib
14.09.2026 17:38

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin regional proseslər və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “İki dövlət, bir millət” şüarı və Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün də iştirak edib. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri, professor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol