• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
15.09.2026 17:26

 

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verdiyi qiymətə görə təşəkkür edib.

Paşazadə bu barədə sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyəti ilə görüşündə danışıb.

Şeyxülislam bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və dünyada zirvələri fəth edir.

“ Sizin rəhbərliyinizlə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük. Amma həyatda Allah-taala mənə bunu görməyi nəsib etdi”, - Paşazadə deyib.

O, Azərbaycanın qələbəsində Prezidentin daxili və xarici siyasəti ilə yanaşı, xalqın birliyinin də mühüm rol oynadığını vurğulayıb.

Şeyxülislam qeyd edib ki, Prezidentin qarşısında onun üçün daha böyük vəzifələr qoyduğunu bildirib.

“Verdiyiniz bu qiymətə görə mən imkan daxilində həyatımda əlimdən gələni edəcəyəm ki, gələcəkdə də İslam dünyasında, dinlər arasında münasibətləri, qardaşlıq münasibətlərini, bir də Azərbaycanın İslam həmrəyliyini, tolerantlığını bütün dünyada yaya bilim və çatdıra bilim”, - o əlavə edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol