Prezident onları təltif etdi - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli audit sektorunun inkişafında göstərdikləri xidmətlərə görə Auditorlar Palatasının 15 üzvü və əməkdaşının təltif edilməsi barədə Sərəncam imzalayıb.
Çərşənbə günü dərc olunan sənədə əsasən, audit fəaliyyətindəki səmərəli xidmətlərinə görə Akif Ağayev, Vaqif Axundov, Lamiyə Bayramova, Elxan Bənnayev, Vasif Cavadov, Hüseyn Cəbiyev, Mətanət Eyvazova, Azər Əliyev, Üzeyir Fətiyev, İlham Hacıəzizov, Adilə Həsənova, Fəqan Qarayev, Ziya Qurbanlı, Şahbaz Məmmədov və Elzadə Süleymanova "Tərəqqi" medalı ilə təltif ediliblər.
Auditorlar Palatası Azərbaycanda müstəqil maliyyə auditi standartlarına nəzarəti həyata keçirən və audit sahəsində dövlət tənzimləməsini təmin edən qurumdur.
























