• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkimya” etilen və propilen istehsal gücünü açıqlayıb

"Azərkimya” etilen və propilen istehsal gücünü açıqlayıb
16.09.2026 13:02

SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin illik istehsal gücü etilen üzrə 190,000 ton, propilen üzrə isə 187,000 ton təşkil edir. Bunu şirkətin proses üzrə direktoru Samir Səlimli bildirib.

O, Etilen-Polietilen zavoduna media-tur zamanı deyib ki, 2016-2021-ci illərdə həyata keçirilmiş modernizasiya layihəsi nəticəsində müəssisənin etilen istehsal gücü 40%, propilen istehsal gücü isə 70% artırılıb.

“Müəssisə artıq beş ildir ki, bu məhsuldarlıqla fəaliyyət göstərir”, - Səlimli bildirib.

Onun sözlərinə görə, hazırda müəssisədə avtomatlaşdırma və idarəetmə sistemlərinin yenilənməsini nəzərdə tutan növbəti modernizasiya layihəsi həyata keçirilir.

Layihənin mühəndislik işləri 95% tamamlanıb, sahədə işlərə 2027-ci ildə başlanılması planlaşdırılır.

Səlimli əlavə edib ki, hazırda etilen və propilen istehsal gücünün yenidən artırılması nəzərdə tutulmur. Layihənin dəyəri və tamamlanma müddəti açıqlanmayıb.


“Azərkimya” etilen və propilenlə yanaşı, hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar da istehsal edir.

İstehsal olunan hidrogen “Azərkimya” və “SOCAR Polymer” müəssisələrində istifadə olunur. “Azərkimya”da hidrogen etilen və propilenin tərkibindəki asetilen birləşmələrinin emalı üçün selektiv hidrogenləşmə reaktorlarında tətbiq edilir.

İstehsalat Birliyinin tərkibinə etilen, aşağı sıxlıqlı yüksək təzyiqli polietilen və buxar-elektrik enerjisi istehsalı sahələri daxildir. Aşağı sıxlıqlı polietilen daxili tələbat ödənildikdən sonra Türkiyə və Avropa ölkələrinə ixrac olunur.


Müəssisənin buxar-elektrik enerjisi sahəsi “Azərkimya” və “SOCAR Polymer”i müxtəlif təzyiqli buxarla təmin edir. Artıq buxardan istehsal edilən elektrik enerjisi isə SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür.


“Azərkimya” 2010-cu ildən SOCAR-ın tərkibində fəaliyyət göstərir. Şirkətin məlumatına görə, əvvəlki modernizasiyadan sonra etilen istehsal gücü ildə 100,000–120,000 tondan təxminən 192,000 tona yüksəldilib

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol