• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Ramiz Mehdiyevin işində onlar da dindirilib
16.09.2026 15:46

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.

 88 yaşlı “Boz kardinal”ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərin adları müəyyən olunub.

Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.

Sözügedən şahidlər hamısı DTX-də dindirilib. Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.

İlk iclas sentyabrın 21-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.

Hazırda Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı şəxslər ömürlük məhkum edilə bilməz.(Qafqazinfo)

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol