• $
  • €
  • ₽
  • ₺
  • £

Magistratura və doktorantura bitirən zabitlər üçün hərbi rütbədə xidmət müddəti azaldılacaq

Magistratura və doktorantura bitirən zabitlər üçün hərbi rütbədə xidmət müddəti azaldılacaq
16.09.2026 16:04

Azərbaycanda magistratura və ya doktorantura təhsili almış zabitlərin növbəti hərbi rütbəyə keçməsi üçün tələb olunan xidmət müddətinin azaldılması təklif edilir.


Bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında“ qanunlara dəyişiklikdə öz əksini tapıb. 

Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulan digər dövlət qurumlarının sifarişi ilə magistratura və ya doktorantura təhsilini müvafiq elmi dərəcə ilə başa vuran zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.

Güzəşt ali təhsilin hər bir pilləsi üzrə yalnız bir dəfə tətbiq ediləcək.

Layihədə beşillik təhsil proqramı üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunları üçün “leytenant” rütbəsində xidmət müddətinin iki il müəyyənləşdirilməsi də nəzərdə tutulur.

Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün bu müddət bir il olacaq.

Digər hallarda müddətin bir il müəyyən edilməsi müvafiq dövlət qurumunun qərarından asılı olacaq.

Qanun layihəsinin əsaslandırılmasında dəyişikliklərin hərbi qulluqçuların rütbələrdə xidmət müddətinin təhsil səviyyəsinə uyğun tənzimlənməsi, ali təhsil və elmi fəaliyyətin stimullaşdırılması məqsədi daşıdığı bildirilir.

Sənəd “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol